AZ

Britaniyada mağazalardan oğurluq hallarının sayı rekord həddə çatdı

BAKI, 25 avqust. TELEQRAF

2024-cü ilin martından 2025-ci ilin martına qədər Britaniyada mağazalardan rekord sayda oğurluq halları baş verib.

Teleqraf xəbər verir ki, ümumilikdə 12 ay ərzində İngiltərə və Uelsdə 530 643 mağaza oğurluğu faktı qeydə alınıb.

Bu, 20 ildən artıq müddəti əhatə edən müşahidə dövrü ərzində ən yüksək göstəricidir.

Məlumata görə, gündə təxminən 800 oğurluq hadisəsi açılmamış qalıb ki, bu da il ərzində 289 mindən çox belə cinayət deməkdir. Mağaza oğurluqlarının yalnız 18%-də hüquq-mühafizə orqanları tərəfindən ittiham irəli sürülüdüyü bildirilir.

Seçilən
36
teleqraf.com

1Mənbələr