AZ

Finlandiya ABŞ-ın iştirakı ilə keçirilən təlimlərə ev sahibliyi edəcək

Avropa və ABŞ hərbçilərinin iştirak etdiyi beynəlxalq xüsusi təyinatlıların təlimləri bazar ertəsi Finlandiyada başlayacaq və sentyabrın 12-dək davam edəcək.

APA xəbər verir ki, təlimlərdə təxminən 1600 nəfər iştirak edəcək və təlimlər ölkənin hər yerində keçiriləcək.

Təlimlərdə Şimali Avropa şəraitində NATO xüsusi təyinatlılarının birgə əməliyyat imkanları yoxlanılacaq.

Təlimlərə NH90 nəqliyyat helikopterləri, Utti alayının MD500 yüngül vertolyotları və Finlandiya Hərbi Hava Qüvvələrinin F/A-18 Hornet qırıcıları cəlb olunacaq.

Təlimlərdə həmçinin Avropa ölkələrinin və ABŞ-ın silahlı qüvvələrinin təyyarələri də iştirak edəcək.

Seçilən
18
apa.az

1Mənbələr