AZ

Ukrayna Prezidenti Azərbaycana təşəkkür etdi -FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

 

Senzor.az bildirir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. 

"Mən Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukraynaya və Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirirəm. Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana səmimi minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik", - paylaşımda deyilir.


Seçilən
47
25
senzor.az

10Mənbələr