Aktrisa Ornella Mutinin (əsl soyadı Rivellidir) qızı aktrisa, model, müğənni Nayke Rivelli Rusiya vətəndaşlığı almaq üçün müraciət etmək qərarına gəlib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Nayke Rivelli hesab edir ki, beynəlxalq arenadakı son hadisələrdən sonra Avropa İttifaqı və İtaliya onun maraqlarını təmsil etmir.
Aktrisa "yarı rus" olduğunu xatırladıb. Belə ki, onun məşhur anasının nənə və babası (ana tərəfdən) Sankt-Peterburqda anadan olublar.
Milli.Az