AZ

Neft bazarında qiymətlər yüksəlib

Ukraynanın Rusiyaya qarşı hücumlarını artırmasının neft təchizatında fasilələrə səbəb ola biləcəyi ehtimalları bazar ertəsi qiymətlərin bir qədər yüksəlməsinə gətirib çıxarıb.

Marja.az xəbər verir ki, ABŞ-da faiz endirimi gözləntiləri də qlobal iqtisadi artım və yanacağa tələbin artacağı proqnozlarını gücləndirərək qiymətlərə müsbət təsir edib.

Brent markalı xam neftin fyuçersləri 0,2% artaraq 67,86 ABŞ dollarına, ABŞ xam nefti (WTI) isə 0,14% bahalaşaraq 63,75 dollara yüksəlib.

Bazar günü Ukrayna Rusiyaya pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib. Rusiya rəsmilərinin məlumatına görə, bu hücum ölkənin ən böyük atom elektrik stansiyalarından birində reaktor gücünün ciddi şəkildə azalmasına səbəb olub, həmçinin yanacaq ixrac terminalında böyük yanğın törədib.

IG şirkətinin bazar analitiki Toni Sycamore bildirib: “Ukraynanın Rusiya neft infrastrukturunu hədəfə almaqda əldə etdiyi uğur nəzərə alınarsa, xam neft üçün risklər yuxarı istiqamətə doğru dəyişir.”

Seçilən
13
marja.az

1Mənbələr