Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
Gəncədə 29 yaşlı kişi hələlik məlum olmayan şəraitdə bıçaq xəsarəti alıb. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində, MİDA yaşayış kompleksi binalarının yaxınlığında baş verdiyi bildirilir. 1996-cı il təvəllüdlü Elmir Əmirov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə şəhər xəstəxanalarından birinə çatdırılıb. O dərhal əməliyyata götürülüb, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.