AZ

Putin DALA VERİR – Trampın xəbərdarlığı Moskvanı silkələdi


Musavat.com xəbər verir ki, Alyaskada keçirilən görüşdən sonra Kreml rəhbərliyi özünü qalib tərəf kimi aparmağa çalışırdı.

Vladimir Putinin ayaqları altına qırmızı xalça sərilməsi, ABŞ prezidenti Donald Trampın onu alqışlaması və şəxsi maşınına dəvət etməsi Moskvanın özündə eyforiya yaratmışdı. Amma Avropa liderlərinin Ağ Ev görüşündən sonra baş verənlər vəziyyətin tamamilə dəyişdiyini göstərdi.

Donald Trampın “Truth Social” platformasında yazdığı "sehrli" mesaj, əslində, ABŞ rəhbərliyinin siyasətində dönüşün açıq göstəricisi idi. ABŞ prezidenti açıq şəkildə bildirib: “Müharibəni yalnız müdafiə ilə udmaq olmaz, hücum edən tərəf qalib gəlməlidir. Heç bir komanda hücum etmədən qələbə qazana bilməz.” Bu sözlər, həmçinin Ukraynaya hücum xarakterli silahların verilməsinin gündəmə gətirilməsi deməkdir. Tramp əlavə edib ki, Bayden yalnız müdafiə ilə kifayətlənirdi, amma artıq maraqlı günlər qarşıdadır.

Məsələni daha da önəmli edən isə Trampın açıq xəbərdarlığıdır: o, Ukraynaya verilən raketlərin Rusiyanın dərinliklərini vura biləcəyinə birbaşa işarə edib. Bu xəbərdarlıq Kreml üçün ən ciddi siqnal hesab olunur. Çünki ABŞ rəhbərliyi artıq açıq şəkildə bildirir ki, Kiyevə yalnız müdafiə yox, hücum imkanları da veriləcək. Bu, Moskvada vəziyyəti silkələyən əsas amillərdən biridir.

Bununla paralel, Ukraynanın həm öz silah istehsalını təkmilləşdirməsi, həm də ABŞ-dan yeni texnika alması cəbhədə üstünlüyü dəyişməkdədir. Ukrayna raket və dronlarının dəqiq zərbələri Rusiyanın neft emalı zavodlarını sıradan çıxarıb, üç vilayətdə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, təyyarə reysləri təxirə salınıb. Bu hadisələr Kreml daxilində narazılıqları daha da artırır. 

 

maxresdefault.jpg (152 KB)

 

ABŞ-ın vitse-prezidenti Cey Di Vens də televiziya açıqlamasında Rusiyanın bütün illüziyalarını darmadağın edib. O bildirib ki, Moskva artıq başa düşüb: Ukrayna müharibədən sonra ərazi bütövlüyünü qoruyacaq, Kiyevdə marionet rejim qurmaq planları alt-üst olub və sərhədlərin harada olacağına yalnız ukraynalılar qərar verəcəklər. Vensin sözlərinə görə, Rusiya atəşkəs istəmir, amma müharibənin aqibətinə də nəzarət edə bilmir. 

 

Kremlin_birds_eye_view-1.jpg (202 KB)

 

Bütün bu proseslərdən sonra Kreml “geri vermək” məcburiyyətində qalıb. Xarici işlər naziri Sergey Lavrov NBC-yə verdiyi müsahibədə Ukraynanın mövcudluq hüququnu tanıdıqlarını, sadəcə “rus mədəniyyətinə mənsub olduqlarını deyənlərin hüquqlarının qorunması” şərtini irəli sürdüklərini açıqlayıb. O, həmçinin rus dili ilə bağlı sərt mövqeyindən də geri çəkilərək yalnız “dəhşətli qanunların ləğvini” tələb etdiklərini bildirib.

Xatırladaq ki, Alyaska görüşündən dərhal sonra “Russia Today” rəhbəri Marqarita Simonyan “geri çəkilmək” fikrini rədd etmiş, belə bir addımın məğlubiyyət demək olacağını vurğulamışdı. İndi isə reallıq göstərir ki, ruslar ard-arda geri verirlər.


Seçilən
0
1
nuh.az

2Mənbələr