AZ

Tramp onu da qoşun göndərməklə hədələdi

ain.az, Tribuna portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Merilend ştatının qubernatoru Ues Mura cinayətlə mübarizə üçün ştata qoşun göndərməyi təklif edib.

Tribunainfo.az xəbər verir ki, o, bu fikrini Truth Social-da yazıb: “Əgər Ues Murun Kaliforniya qubernatoru Qevin Nyusomun Los-Ancelesdə etdiyi kimi köməyə ehtiyacı olarsa, mən ora qonşu Vaşinqtondakı kimi “qoşun” göndərəcəyəm və tez bir zamanda cinayətkarlıqdan qurtulacam”.

Tramp qeyd edib ki, Merilend ştatının Baltimor şəhəri qətllərin sayına görə ölkədə dördüncü yerdədir.

Bundan əvvəl “The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, ABŞ Müdafiə Nazirliyi şəhərdə asayişi qorumaq üçün Çikaqoya (İllinoys ştatı) bir neçə min hərbçi göndərməyi planlaşdırır. Buna əsasən, analoji model gələcəkdə ölkənin digər böyük şəhərlərində də tətbiq oluna bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
4
tribunainfo.az

10Mənbələr