AZ

Ərindən boşanmaq istəyən qadın ÖLDÜRÜLDÜ - VİDEO

  Həyat yoldaşından boşanmaq istəyən 30 yaşlı qadın qətlə yetirilib...


Referans  xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. Şahidlərin bildirdiklərinə görə, 30 yaşlı Əfsanə Lələzadə səhər saatlarında işə gedərkən, boşanmaq istədiyi həyat yoldaşı, 32 yaşlı Nicat Lələzadə onun qarşısını kəsib.

 
Aralarında yaranan mübahisə zamanı həyat yoldaşının qadına çoxsaylı bıçaq zərbəsi vurduğu bildirilir. Qətlə yetirilən Əfsanənin dayısı bildirir ki, onlar 4 ildir ayrı yaşayırlarmış. Qadın uşaqları ilə birgə  anasının evində yaşayırmış.

 
Qətli törətməkdə şübhəli bilinən Nicat Lələzadə könüllü olaraq polisə təslim olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.




  

Seçilən
3
1
referans.az

2Mənbələr