AZ

“İnstagram”da mətbəx mebeli elanı verən usta dələduzluq etdi - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sakit Əlizadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttihama görə, mebel ustası kimi fəaliyyət göstərən Sakit Əlizadə “İnstagram” sosial şəbəkəsində verdiyi elana əsasən tanış olduğu zərərçəkmiş Orxan Quliyevin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edib. Təqsirləndirilən şəxs zərərçəkmişə mətbəx mebeli düzəldib evində quraşdıracağını vəd verməklə ondan Abşeron rayonu ərazisində ümumilikdə 1500 manat pul alıb. Sonradan usta müştəriyə verdiyi vədi əməl etməyib.


Hadisədən sonra Sakit Əlizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 25 Avqust 2025, 09:15   
Seçilən
1
pravda.az

1Mənbələr