AZ

Ukraynanı yenidən qurmaq üçüb BU QƏDƏR PUL LAZIMDIR

Yazını böyüt
Yazını kiçilt

“The American Conservative” qəzetinin yazdığına görə, Dünya Bankı, Avropa Komissiyası, Birləşmiş Millətlər Təşkilatı və Ukrayna hökumətinin birgə hesabatında müharibədən sonrakı yenidənqurma xərclərinin təxminən 524 milyard dollar olacağı təxmin edilir. Qərb ölkələrinin bu yükün böyük hissəsinin üzərinə düşəcəyi gözlənilir.

Hafta.az-ın azdığına görə, Ukraynanın baş naziri Denis Şmiqal daha əvvəl bəyan etmişdi ki, yenidənqurma prosesi 500 milyard avroya başa gələcək və bu maliyyə Avropa şirkətlərinin investisiyaları hesabına təmin ediləcək.

Şmiqal həmçinin vurğuladı ki, Ukrayna Avropaya təkcə iqtisadi imkanlar deyil, həm də müharibə zamanı inkişaf etdirdiyi yeni texnologiyalar, dronlar və kibertəhlükəsizlik təcrübəsini təklif edə bilər.

“Bloomberg Economics”in ekspertləri isə hesab edirdilər ki, Ukrayna təkcə infrastrukturun təmiri üçün təxminən 230 milyard dollar xərcləməli olacaq.

Seçilən
4
hafta.az

1Mənbələr