AZ

Türkiyədə adrıcıl zəlzələlər oldu

Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Təbii fəlakət ətraf bölgələrdə çaxnaşmaya səbəb olub.

Zəlzələdən sonra 4,3 və 4,2 bal gücündə daha iki afterşok baş verib.

Zəlzələ İstanbul, İzmir, Manisa və digər ətraf vilayətlərdə də hiss olunub. Hadisə bir sıra şəhərlərdə sakinlər arasında qısa müddətli panikaya səbəb olub.

Hazırda zəlzələnin yaratdığı zərərin miqyası və ərazidəki vəziyyətlə bağlı qiymətləndirmə işləri aparılır.

Seçilən
7
manset.az

1Mənbələr