AZ

Valentino Moda Evinə Rikkardo Bellini rəhbərlik edəcək

Finss.az xəbər verir ki, İtaliyanın Valentino moda evi Rikkardo Bellinini yeni baş direktor təyin edib.

Bellini bu rolu sentyabrın əvvəlində icra edəcək. O, ötən həftə gedəcəyi açıqlanan Jacopo Venturini əvəz edəcək.

Bellini hazırda Valentinonun əksər səhmlərinə sahib olan Qətərdə yerləşən Mayhoola şirkətinin idarəedici direktoru vəzifəsində çalışır. O, əvvəllər Maison Margiela və Chloe moda brendlərini idarə edib, Diesel və Procter & Gamble şirkətlərinin top menecmentinin üzvü olub.

Valentino 1960-cı ildə Valentino Garavani və Giancarlo Giammetti tərəfindən təsis edilib. Fransız Kering qrupu (Gucci, Yves Saint Laurent, Bottega Veneta, Balenciaga və Alexander McQueen-in sahibi) şirkətin 30%-ni Mayhoola-dan 2023-cü ildə 1,7 milyard avroya alıb. Kering qalan payı 2028-ci ildən gec olmayaraq ala bilər.

Seçilən
3
fins.az

1Mənbələr