“Real Madrid” La Liqanın 2-ci turunda “Real Ovyedo”nu 3:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, Ovyedo şəhərindəki “Nuevo Karlos Tartyere” stadionu Madrid klubunun İspaniya çempionatının yüksək divizionunda çıxış etdiyi 93-cü arena olub. “Kral klubu” bu meydançaların 88-də qələbə qazanıb.
İspaniya futbol statistikası üzrə mütəxəssis Pedro Martinin məlumatına görə, 88 stadionda qələbə qazanmaq La Liqa tarixində rekord göstəricidir. İkinci pillədə “Barselona” (87), üçüncü yerdə isə “Atletiko” (83) qərarlaşıb.
Heybət