"Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş verən yanğınla bağlı dəhşətli görüntü ortaya çıxıb.
Bu barədə Far.Az-in "qaynar xətti"nə məlumat daxil olub.
Görüntülər dünən təyyarədə olan sakinlərdən biri tərəfindən lentə alınıb.
Səmadan çəkilmiş görüntü yanğının nə qədər genişmiqyaslı olduğunu ortaya qoyub.
Qeyd edək ki, "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.