2025-ci ilin avqust ayında yayımlanan Speedtest-in hesabatına görə, dünyada sabit genişzolaqlı internet üzrə ən sürətli internetə sahib ölkələr məlum olub.
Marja xəbər verir ki, sabit internet sürətində liderliyi 386.96 Mbps ilə Sinqapur əldə edib. Digər yüksək sürətli ölkələr arasında Çili (332.41 Mbit/s), Honq Konq (324.97 Mbit/s), Birləşmiş Ərəb Əmirlikləri (318.42 Mbit/s) və Fransa (310.66 Mbit/s) yer alıb.
Azərbaycan siyahıda sabit genişzolaqlı internet üzrə 82.58 Mbit/s sürət ilə 81-ci, mobil internet üzrə isə 74.76 Mbit/s sürət ilə 56-cı yerdədir.
Bu göstəricilər, ölkələrin rəqəmsal infrastrukturunun inkişafı və internet xidmətlərinin keyfiyyətini əks etdirir. Azərbaycanın bu sahədə irəliləyiş əldə etməsi üçün dövlət və özəl sektorun birgə səyləri vacibdir.
Dünyada ən sürətli internetə sahib 20 ölkə (2025)
Sinqapur – 386.96 Mbit/s
Çili – 332.41 Mbit/s
Honq Konq – 324.97 Mbit/s
Birləşmiş Ərəb Əmirlikləri – 318.42 Mbit/s
Fransa – 310.66 Mbit/s
İslandiya – 297.50 Mbit/s
Cənubi Koreya – 288.54 Mbit/s
İsveçrə – 287.44 Mbit/s
Amerika Birləşmiş Ştatları – 279.93 Mbit/s
Çin – 274.16 Mbit/s
XXX
2025-ci ilin avqust ayı üzrə mobil internetin sürətinə görə lider ölkələr:
Birləşmiş Ərəb Əmirlikləri – 584.97 Mbit/s
Qətər – 507.47 Mbit/s
Küveyt – 413.57 Mbit/s
Braziliya – 235.25 Mbit/s
Bəhreyn – 233.22 Mbit/s