AZ

Bu yolda xəttin üzərindən keçən sürücüləri kamera çəkir: Diqqətli olun! VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın daha bir küçəsində qayda pozan sürücülərin məsuliyyətə cəlb edilməsi üçün kamera işə salınıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Gülarə Qədirbəyova küçəsilə Xətai prospektinin kəsişməsindən gedir. Belə ki, sürücülər Xətai prospektinə dönən yerdə təhlükəsizlik adacığının üzərindən keçərək zolağı dəyişirlər. Bu zaman digər zolaqlardakı sürücülərin hərəkətinə təhlükə yaradırlar. Yol nişanlanma xəttinin tələbini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə olunurlar.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
avtosfer.az

1Mənbələr