"Komo" yarımmüdafiəçisi Niko Pazı "Tottenhem"ə satmaqdan imtina edib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, londonlular 20 yaşlı argentinalı üçün 70 milyon avro təklif etsə də, rədd cavabı alıb. Pazın özü də "Komo"da qalıb gələcəkdə "Real Madrid"ə qayıtmaq istəyir.
2024/25 mövsümündə Paz İtaliya klubunda 35 matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.