Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“İran Rusiya qazının Azərbaycandan tranzit yolu ilə tədarükünə yaxın vaxtlarda başlamağı gözləyir”. Bizim.Media xəbər verir ki, bu barədə TASS-a açıqlamasında İran İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali bildirib.Onun sözlərinə görə, artıq “Qazprom”la danışıqların böyük hissəsi yekunlaşıb:
“Ümid edirik ki, bu, yaxın müddətdə reallaşacaq. Hazırda “Qazprom”la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər həll olunub. Sadəcə, qiymət mövzusunda ortaq məxrəcə gəlmək lazımdır. Bu məsələ də həllini tapsa, proses işə düşəcək”, – deyə səfir vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya energetika naziri Sergey Tsivilyov Moskva və Tehran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında çıxış edərək bildirmişdi ki, Rusiyadan Azərbaycandan keçməklə ilk qaz tədarükü 2025-ci ildə başlayacaq. Həcmin illik 1,8 milyard kubmetrədək olacağı gözlənilir.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.