AZ

Yeniyetmənin axtarışı üçün Baş Mil kanalı qurudulur 

Bu gün Baş Mil kanalına suyun verilməsi dayandırılacaq.


Manset.az Oxu.az -a istinadən xəbər verir ki, buna səbəb 2 aya yaxındır ki Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 26-da su kanalında batdığı ehtimal edilir.

Həmin vaxtdan onun axtarışına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunsa da, hələlik bir nəticə əldə olunmayıb.

Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdi idi.

Seçilən
24
8
manset.az

9Mənbələr