Bakı. Trend:
Ortaq milli və mədəni dəyərləri bölüşən türk dövlətləriarasındakı əlaqələr xüsusən son onillikdə keyfiyyətcə yenimərhələyə qədəm qoyub. Bunun da əsas səbəbləri türk dövlətlərininsiyasi, iqtisadi və mədəni müstəvilərdə daha güclütəşkilatlanmaları, qlobal və regional aktuallıq kəsb edənməsələlərdə vahid mövqedən çıxış etmələri, enerji sferası,nəqliyyat və logistika infrastrukturlarının inkişafı istiqamətindəəməkdaşlıqlarını genişləndirmələridir.
Hazırda türk dövlətləri arasında həm ikitərəfli formatlarda, həmdə onları birləşdirən Türk Dövlətləri Təşkilatı müstəvisində sıx vəmükəmməl siyasi, iqtisadi, sosial, mədəni və humanitar əlaqələrmövcuddur. Habelə, Türk Dövlətləri Parlament Assambleyası, TÜRKSOY,Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlarınfəaliyyəti də onların əlaqələrinin inkişafına mühüm töhfələrverir.
Lakin dinamik inkişafda olan və sürətli dəyişikliklərə məruzqalan regional və qlobal iqtisadi çağırışlar mühüm stratejicoğrafiyalarda, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşəntürk dövlətlərinin qarşısında yeni prioritetlər formalaşdırır.Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistan XalqMəsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun22-də Türkmənistana işgüzar səfəri və bu ölkənin Türkmənbaşışəhərində Türkmənistan, Azərbaycan Respublikası və ÖzbəkistanRespublikası arasında yüksək səviyyəli görüşün keçirilməsi göstərirki, türk dövlətləri bu reallığı düzgün dəyərləndirir, əlaqələrinindaha da güclənməsinə, ən əsası, qarşılıqlı əməkdaşlıqlarının yeniçağırışlarla uzlaşdırılmasına xidmət edən birgə və koordinasiyaolunmuş fəaliyyət ortaya qoyurlar.
Əvvəlcə onu qeyd edim ki, son illərdə Azərbaycanın həmTürkmənistan, həm də Özbəkistanla münasibətləri siyasi və iqtisadimüstəvilərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq, stratejiməzmun kəsb edib. Dövlət başçılarının intensivləşən qarşılıqlısəfərləri və imzalanan sənədlər əlaqələri daha da möhkəmləndirib. 8il əvvəl, 2017-ci ilin avqust ayında Azərbaycanla Türkmənistanarasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.Bəyannamədə iki dövlətin birgə fəaliyyətinin istiqamətləri müəyyənedilib, siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat,energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. O cümlədənsənəddə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə,sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib.Ötən ay Türkmənistan Xalq Məsləhətinin Sədri QurbanquluBerdiməhəmmədovun Azərbaycana səfəri, Bakıda keçirdiyi görüşlər,daha sonra Prezident İlham Əliyevlə birlikdə Füzuli və Şuşanıziyarət etməsi, bu şəhərlərdə aparılan bərpa və quruculuq işləriilə tanış olması bu iki türk dövləti arasındakı münasibətlərindostluq və ortaq dəyərlər müstəvisində inkişafından xəbər verdi.Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə QurbanquluBerdiməhəmmədova hədiyyə etdiyi “Dostluq” adlı Qarabağ atıAzərbaycan-Türkmənistan dostluğunun təcəssümü kimi tarixə düşdü.Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində inşaolunacaq məscid isə Azərbaycan-Türkmənistan dostluğunun növbətirəmzi olacaq.
Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana işgüzarsəfəri zamanı Qurbanqulu Berdiməhəmmədovla görüşündə siyasimünasibətlərdən məmnunluq ifadə edildi, energetika, nəqliyyat,logistika, tranzit, rəqəmsallaşma və mədəni əlaqələr üzrə böyükperspektivlərin olduğu, Şərq-Qərb nəqliyyat dəhlizi ilə bağlı birgəfəaliyyətin böyük coğrafiyaya xeyir gətirəcəyi vurğulandı.
«Əlbəttə, bizim tez-tez görüşməyimiz, hesab edirəm ki,bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan vəAzərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birininyanındadır» - deyə Prezident İlham Əliyev görüşdəbildirdi.
Azərbaycan-Özbəkistan münasibətləri də türk dövlətləriarasındakı dostluğun və qardaşlığın ən mükəmməl nümunələrindənbiridir. Prezident İlham Əliyevin 2024-cı il avqustun 23-dəÖzbəkistana etdiyi dövlət səfəri əlaqələrdə tamamilə yenimərhələnin əsasını qoyub. Belə ki, səfər zamanı imzalanan“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasındamüttəfiqlik münasibətləri haqqında Müqavilə” əlaqələri müttəfiqliksəviyyəsinə yüksəldib. COP29 zamanı Bakıda Azərbaycan Özbəkistan vəQazaxıstanın iştirakı ilə yaşıl enerjinin ötürülməsi ilə bağlıüçtərəfli strateji sazişin imzalanması isə dövlətlərarasımünasibətlərdə yeni əməkdaşlığın əsasını qoyub.
Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb binasının inşasıişğaldan azad olunan ərazilərimizin bərpasına edilən qardaşhədiyyəsidir. Qarabağın quruculuğunda xarici dövlət tərəfindənedilən ilk ərməğan olan bu məktəb iki ölkənin dostluğunun,həmrəyliyinin ünvanıdır. Özbəkistanın Qarabağın quruculuğuna dahabir töhfəsi Xankəndidə tikiş fabrikinin yaradılmasıdır.
Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikasıarasında Türkmənbaşı şəhərində keçirilən yüksəksəviyyəli görüş isəgöstərdi ki, hər üç dövlət onların inkişafına və qarşılıqlıəlaqələrinin güclənməsinə xidmət edən məsələlərdə həmrəylik nümayişetdirir. Görüşdə Azərbaycan, Türkmənistan və Özbəkistan arasındasiyasi-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın müxtəlifaspektləri, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələləri müzakirəolundu. Hər üç dövlət beynəlxalq nəqliyyət dəhlizlərinin üzərindəyerləşdiyindən danışıqlar zamanı nəqliyyat dəhlizlərinin vəlogistika infrastrukturlarının inkişafı, milli nəqliyyatsistemlərinin inteqrasiyasının dərinləşdirilməsi nəzərdənkeçirildi. Bundan başqa energetika sahəsində əməkdaşlığıngücləndirilməsi barədə fikir mübadiləsi aparıldı. Habelə humanitarturizm və mədəni mübadilə sahələrində birgə proqramların qəbulolunması ilə bağlı məsələlər müzakirə olundu.
Yüksəksəviyyəli görüş Azərbaycan, Türkmənistan və Özbəkistanarasındakı əlaqələrdə yeni səhifə açır. “AzərbaycanRespublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının BirgəBəyanatı” isə dost və qardaş dövlətlərin yeni müstəvidə qarşılıqlıəməkdaşlığının hüquqi əsaslarını müəyyən edir. Prezident İlhamƏliyev görüşün yekunlarına dair mətbuata bəyanatında buna diqqətçəkərək bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığayönələn əməkdaşlıq formatının yaradıldığını bildirdi. Bu əməkdaşlıqformatı ondan xəbər verir ki, Azərbaycan, Türkmənistan vəÖzbəkistan öz milli mənafeləri naminə strateji tərəfdaşlıqlarınındaha da dərinləşdirilməsinə yönələn güclü siyasi iradə nümayişetdirirlər.
Azərbaycanın həm Türkmənistan və Özbəkistanla əlaqələrinə diqqətyetirdikdə, həm də hər üç türk dövlətinin ərazilərinin stratejicoğrafi üstünlüyünü nəzərə aldıqda, yeni əməkdaşlıq formatınınonlara böyük fayda gətirəcəyini indidən söyləmək mümkündür. Qardaşdövlətlərin üçtərəfli əməkdaşlığı eyni zamanda bütün Türkdünyasının maraqlarının müdafiəsi baxımından əhəmiyyət kəsbedəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı