AZ

Xamenei Reza Pəhləvini axmaq adlandırdı

İranın ali lideri Ayətullah Xamenei deyib ki, İsrail ölkəsinə qarşı müharibəyə başlayan fünün ertəsi Avropa paytaxtlarından birində İslam Respublikasında yeni rejimin müəyyən edilməsi məqsədi ilə görüş təşkil olunub.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, Xamanei həmin görüşün iştirakçılarını axmaq adlandırıb.

“İran İslam Respublikasının rəhbərini əvəz edəcək şəxs axtarmaq üçün toplaşan bu axmaqlar dəstəsi arasında bir iranlı da var idi”, - ali lider o qeyd edib.

Onun sözlərinə görə, iyunun 13-də İrana hücum edilib və ertəsi gün “ABŞ-ın bir qrup qulduru Avropa paytaxtlarından birinə toplaşaraq İslam Respublikasının dəyişdirilməsi məsələsini müzakirə etməyə başlayıb”.

"Onlar İslam Respublikasından sonra İranın necə idarə olunacağını, rəhbərliyə kimin gətriləcəyini müzakirə ediblər. Hətta "şah taxtına" konkret adam da seçiblər. İranı belə zəif təsəvvür edirdilər.

Bu hücumun hakimiyyətlə xalq arasında uçurum salacağını, uğur qazanacaqlarını, sistemin zəifləyəcəyini, alçaq və pis planlarını həyata keçirə biləcəklərini düşünürdülər. İran xalqı dəyanət nümayiş etdirərək, silahlı qüvvələrlə, hökumətlə, sistemlə birlikdə bütün bunlara sarsıdıcı zərbə vurdu”, - Xamenei əlavə edib.

Seçilən
6
5
demokrat.az

7Mənbələr