AZ

Yanğınla mübarizə aparan helikopter suya düşdü Anbaan video

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Fransanın Finistere departamentində “Morane 29” helikopteri yanğınla mübarizə apararkən gölə düşüb. Pilot yanğınsöndürən ekipajı sağ-salamat kabinədən çıxarmağa müvəffəq olub və o, sağ qalıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə “Le Parisien” qəzeti məlumat verib.

“Su götürərkən helikopter suyun səthinə toxunub və bu da onun gölə düşməsinə səbəb olub”, – deyə məlumatda bildirilir.

Səlahiyyətlilər ekipajın sağ-salamat sahilə qayıtdığını bildiriblər.

Qeyd edək ki, “Morane 29” helikopteri 2023-cü ildən yanğının söndürülməsi üçün istifadə olunur. Bu yay o, 33 uçuşda iştirak edib və 154 su əməliyyatı həyata keçirib ki, bu da onlarla yanğının söndürülməsinə kömək edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
globalinfo.az

2Mənbələr