Şəki rayonunda 11 yaşlı yeniyetmə ürək çatışmazlığından ölüb.
Bakues.az xəbər verir ki, hadisə rayonun Cumakənd kəndində baş verib.
Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayev halı pisləşdiyi üçün yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ürək çatışmazlığından həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.