AZ

İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? – Ermənistanda sensasion iddia

Ermənistan paytaxtında yerləşən qondarma "erməni soyqırımı" memorialı ilə bağlı diqqətçəkən məlumat yayılıb.

Olaylar.az xəbər verir ki, sosial şəbəkələrdə və bəzi erməni teleqram kanallarında memorial kompleksində yerləşən əbədi məşələ artıq girişin mümkün olmadığı, ərazidə qəfil "təmir işlərinə" start verildiyi bildirilir.

Maraqlıdır ki, bu təmir prosesi Ermənistan hakimiyyətinin ən güclü türküyönümlü siyasət yürüdüyü dövrə təsadüf edir. Sosial şəbəkələrdə bu, təsadüf kimi deyil, məhz siyasi mesaj xarakterli addım kimi təqdim olunur.

Hazırda rəsmi dairələr mövzu ilə bağlı heç bir açıqlama verməyib. Lakin yayılan iddialar İrəvanda böyük müzakirələrə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
10
olaylar.az

10Mənbələr