İran münaqişənin yenidən alovlanacağı təqdirdə İsrailə yeni raketlərlə hücum edəcək.
Ulusal.az xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz Nəsirzadə deyib.
“12 günlük müharibədə istifadə edilən raketlər bir neçə il əvvəl istehsal edilib. Bu gün biz əvvəlki raketlərdən qat-qat böyük tutumlu raketlərə sahibik. Əgər düşmən yenidən bu macəraya əl atsa, biz onlardan mütləq istifadə edəcəyik”, – nazir söyləyib.
Eyni zamanda, İran rəsmiləri Tehranın müharibə istəmədiyini, lakin istənilən münaqişəyə hazır olduğunu vurğulayıb. Xəbərdarlıq ediblər ki, hər an yeni münaqişə başlaya bilər.