AZ

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyul Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 3 milyard 384 milyon 15 min dollar dəyərində olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 236 milyon 372 min dollar və ya 6,5% azdır.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 2 milyard 9 milyon 22 min dollarlıq (13.8% az) mal ixrac edilib, bu ölkədən idxal isə 1 milyard 374 milyon 993 min dollar (6.5% çox) dəyərində olub. Yanvar-iyul ayları ərzində Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşı olub. 

Qeyd edək ki, Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı 11.73% təşkil edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
17
banco.az

1Mənbələr