AZ

En+ Group ilin birinci yarısında elektrik enerjisi istehsalını 15,5% azaldıb

Finss.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, En+ Group 2025-ci ilin birinci yarısında elektrik enerjisi istehsalını illik müqayisədə 15,5% azaldaraq 39,1 milyard kilovatsaata çatdırıb.

Şirkətin su elektrik stansiyasında (SES) istehsalı 20,8% azalaraq 29,4 milyard kilovatsaata düşüb. İstilik Elektrik Stansiyasının (İES) istehsalı 6,2 faiz artaraq 9,6 milyard kilovatsaata çatıb.

İstilik hasilatı 14,3 milyon Qkal (-4%) təşkil edib.

Baykal gölünə və Bratsk su anbarına axının azalması şəraitində qarşıdan gələn payız-qış dövrünə qədər su ehtiyatlarının qorunması hesabına Anqara Kaskad SES-lərinin istehsalı 28,2% azalaraq 20,4 milyard kVt/saat təşkil edib. Şirkətdən verilən məlumata görə, Krasnoyarsk SES daha əvvəl başlayan daşqın və Krasnoyarsk su anbarına axının artması səbəbindən hasilatı 3,5% artıraraq 9 milyard kVt/saata çatdırıb.

Seçilən
1
fins.az

1Mənbələr