AZ

Bakıda tozun miqdarı normadan 1.5 dəfə artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.

Seçilən
80
49
apa.az

10Mənbələr