AZ

Zədəli ulduzların durumu açıqlandı

"Arsenal"ın zədəli ulduz futbolçuları Bukayo Saka və Martin Ödeqorun durumları açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Premyer Liqanın 2-ci turunun "Lids"lə (5:0) oyununda xəsarət alaraq meydanı vaxtından əvvəl tərk edən yarımmüdafiəçilərin problemləri ciddi deyil.

Mənbənin bildirdiyinə görə, hər iki futbolçunun zədəsi gözlənildiyindən daha yüngül olub və bərpa prosesi qısa müddət ərzində başa çatacaq. Bununla belə, onların avqustun 31-də "Liverpul"a qarşı keçiriləcək görüşdə iştirakları hələ də şübhə altındadır.

Seçilən
8
publika.az

1Mənbələr