AZ

Almaniya Federativ Respublikasının maliyyə naziri Kiyevdən Putinə üz tutub » AzadMedia.az


Almaniya Federativ Respublikasının vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Kiyevə gəldikdən sonra bildirib ki, Rusiya prezidenti Vladimir Putin Almaniyanın Ukraynaya dəstəyinin zəifləməyəcəyini anlamalıdır. Bu barədə “Reuters” məlumat yayıb.

“Putinin Almaniya tərəfindən Ukraynanın dəstəyinin sarsıla biləcəyi ilə bağlı heç bir illüziyası olmamalıdır”, - Klinqbeyl bildirib.

O xatırladıb ki, Almaniya “Ukraynanın dünyada ikinci, Avropada isə ən böyük dəstəkçisi” olaraq qalır. Kiyev Berlinin dəstəyinə arxalana bilər, siyasətçi əmin edib.

Bu gün Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl gözlənilməz səfərlə Ukraynanın paytaxtına gəlib. Jurnalistlərin məlumatına görə, səfərin məqsədi “Mümkün sülh prosesində Almaniyanın Ukraynaya necə dəstək verə biləcəyini” öyrənməkdir.

Klinqbeylin Ukrayna hökuməti və parlamentinin nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir. O, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə də ünsiyyət qurmaq niyyətindədir.
Seçilən
4
2
azadmedia.az

4Mənbələr