AZ

“Abituriyent” jurnalının 5 ci nömrəsi nəşr edilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 avqust. AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalda 2025/2026-cı tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.

Bundan əlavə, “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2024-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilib.

Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
8
azertag.az

10Mənbələr