"Ayçiçəyi Festivalı"nda konsertdən sonra vinçlə endiriləndə güllə ilə ayağından vurulan reper Emirhan Çakal açıqlama yayıb.
Kulis.az xəbər verir ki,əvvəlcə "Hayrabolu Dövlət Xəstəxanası"nda müalicə olunan, daha sonra İstanbuldakı özəl klinikaya köçürülən reper vəziyyətinin yaxşı olduğunu və pərəstişkarlarına təşəkkür etdiyini bildirib.
Qeyd edək ki, hücumu törədən şəxs polis tərəfindən saxlanılaraq “qəsdən yaralama” ittihamı ilə həbs edilib.