Bakı. Trend:
Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzininpsixoloqu Lalə Nəzərova Nazirliyin rəsmi saytına müsahibəverib.
Trendhəmin müsahibəni təqdim edir:
- Lalə xanım, ilk öncə bilmək istərdik ki, təşviş pozuntusunədir və əlamətləri hansılardır?
- Təşviş insanların qavradıqları və ya gözlənilən stress,təhlükəyə cavab olaraq hiss etdikləri bir duyğudur. Bu vəziyyət,bir insanın gündəlik həyatına ciddi şəkildə təsir edir və həyatkeyfiyyətini azaldır.
Təşviş pozuntusunun əsas əlamətləri arasında davamlı narahatlıq,gərginlik hissləri müşahidə olunur. Ürək döyüntülərininsürətlənməsi, nəfəs alıb-vermənin daralması, güclü soyuqtərləmələr, yuxusuzluq və ya yuxu ritminin pozulması, ümidsizlik,bədbinlik hissləri, həzm sistemi problemləri və mədə bağırsaqnarahatlıqları, diqqət konsentrasiyasında çətinlik, eyni fikirləritəkrar-təkrar düşünmək meyli (ruminasiya) təşviş zamanı müşahidəedilən hallardır.
- Təşviş pozuntusunun səbəbləri nələrdir?
- Təşviş pozuntusunun səbəbləri bioloji və psixoloji faktorlarınqarışımından qaynaqlanma ehtimalı var. Təşviş pozuntusu beyindəkibəzi kimyəvi maddələrin balanssızlığından yarana bilər. Bu kimyəvimaddələrə neyrotransmitterlər kimi tanınan serotonin vənorepinefrin daxildir. Bundan başqa, genetik faktorlar, stres,xroniki xəstəliklər, zərərli və ya narkotik maddə istifadəsitəşvişin yaranmasına gətirib çıxara bilər.
Genetik faktorlar dedikdə, əgər valideynlər arasında təşvişli,həyəcanlı olan varsa, təşviş halı uşağa da ötürülə bilər. Uşaqlıqdövründə yaşanmış stress və travma halları təşvişin yaranmasınasəbəb olur. Xüsusən uşaqlıqda yaşanmış travmatik hadisələr,beyindəki qoxu emal mexanizmlərini həssaslaşdıraraq, stresfaktorların qarşı yüksək həssaslığa səbəb ola bilməkdədir.
- Təşviş pozuntusunun növləri hansılardır?
- Təşviş pozuntusunun müxtəlif növləri var. Generalizə olunmuşTəşviş Pozuntusu (Generalized Anxiety Disorder - GAD) olanşəxslərdə davamlı və həddindən artıq narahatlıq müşahidə olunur.İdarə oluna bilməyən vəziyyətlər, insanı daim narahat edir vəyuxusuz qalmasına səbəb olur. Bu xəstəlikdən əziyyət çəkən insanlarhər bir vəziyyətdə ən pis şeyləri düşünüb, kontrolu itirməkdən vəmüsbət nəticənin və ya geri dönüşün olmadığını düşünürlər.
Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan,narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcanhalıdır. Panika pozuntusunda panik hücumlar qısa müddətli, lakinçox intensiv qorxu və narahatlıq hissinin yaranmasıdır. Bu hücumlarfiziki simptomlar da yarada bilir. Məsələn, ürək döyüntüsü, nəfəsdarlığı və başgicəllənmə, ağız quruluğu, boğulma hissi, uyuşma,tərləmə və titrəmə halı kimi simptomlar müşahidə olunur.
Fobiyalar zamanı xüsusi obyekt və ya vəziyyətlərə qarşı qorxu hissiözünü büruzə verir. Bizim fobiyalarımız da hiss etdiyimizqorxuların bir versiyasıdır. Fobiyalar cəmiyyətdə xəstəlik kimideyil, şəxsiyyət xüsusiyyəti və ya vərdiş kimi qəbul edilir.
Post-travmatik stres pozuntusu (PTSP) ciddi bir travmatik hadisə(məsələn, avtomobil qəzası, təbii fəlakət, zorakılıq, müharibə vəs.) yaşadıqdan sonra yaranan bir psixoloji vəziyyətdir. PTSP-nintəsirləri fərqli ola bilər, amma ümumiyyətlə insanın gündəlikhəyatını, psixoloji vəziyyətini və emosional sağlamlığınıəhəmiyyətli dərəcədə mənfi şəkildə təsir edir.
Obsessiv kompulsiv pozuntu (OKP) insanların təkrarlanan,məcburidüşüncələr (obsessiyalar) və ya davranışlara (kompulsiyalar) qarşıtəbii olmayan bir ehtiyac hiss etməsi ilə özünü göstərir. Bupozuntu şəxsin gündəlik həyatına ciddi şəkildə təsir edə bilər.
Obsessiyalar şəxs tərəfindən nəzarət edilə bilməyən və çoxnarahatedici olan təkrarlanan düşüncələr, şəkillər və ya impulslarola bilər. Bu düşüncələr şəxsə narahatlıq və gərginlik yaradır.Məsələn, bədənə zərər verə biləcək mikroblar və ya çirklənmələrhaqqında narahatlıq şəxsdə təmizlik qorxu hissi yaradır. Düzgünlükvə nizam, hər şeyin müəyyən bir qaydada olması və düzgün yerindəolması barədə obsessiv düşüncələr yaranır.
Kompulsiyalar şəxs tərəfindən narahatlıq və qorxuları azaltmaq üçüntəkrarlanan hərəkətlərdir. Kompulsiyalar müxtəlif formalarda olabilir. Təmizlik və dezinfeksiya, təkrarlanan şəkildə əlləri yumaq,əşyaları təmizləmək, yerə toxunmamaq kimi davranışlar sərgiləyir.Cavab verməklə təkrarlanan şəkildə müəyyən bir söz və ya cümlənideyərək, narahatlıq hissini azaltmağa çalışır və bununla da özündərahatlıq hissi tapır.
Bəzən əşyaların sıralanması və nizamlanması şəxsdə əşyaların dəqiqbir şəkildə yerinə qoyulması, məsələn kitabların və ya paltarlarınmüəyyən bir şəkildə sıralanması müşahidə olunur. Bir şeyindüzgünlüyünü yoxlamaq üçün təkrarlanan davranışlar, məsələnqapıların bağlandığını və ya elektrik cihazların söndüyünü yoxlamaqkimi hərəkətlər meydana çıxır.
- Təşviş pozuntusu necə diaqnoz qoyulur və onun müalicəsimümkündürmü?
- Təşviş pozuntusu psixoloq və ya psixiatr tərəfindən aparılanklinik müayinələr nəticəsində diaqnoz edilir. Müxtəlif suallar vətestlər istifadə olunur. Buna görə də, peşəkar bir mütəxəssisəmüraciət etmək vacibdir. Təşviş pozuntusu müalicə oluna biləcək birxəstəlikdir. Psixoterapiya, xüsusilə Koqnitiv Davranış Terapiyası(Cognitive Behavioral Therapy, CBT) və dərman müalicəsi buvəziyyəti yaxşılaşdırmağa kömək edir.
CBT şəxsin düşüncə və davranışlarını dəyişdirərək təşvişpozuntusunu azaldır. Bu terapiya, şəxsin narahatlıq yaradandüşüncələrini tanımasına və onlara fərqli yanaşma yolları tapmasınakömək edir. Dialektik davranış terapiyası koqnitiv davranışterapiyaya bənzər olaraq, diqqət mərkəzi insanın davranışınıdəyişdirməkdir. Bu terapiya emosional vəziyyətləri, münasibətləritənzimləməyi və bunlarla əlaqəli yaranan problemlərin öhdəsindəngəlmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Şəxslər təşviş pozuntusu ilə mübarizə aparmaq üçün müxtəlifstrategiyalar tətbiq edə bilərlər. Bunlar arasında nəfəs məşqləri,meditasiya, yoqa, fiziki fəaliyyətlər və terapiya müalicələri var.Fiziki məşqlər endorfinlərin ifrazını təşviq edərək narahatlıqhissini azalda bilər.
Müntəzəm idman fəaliyyəti təşviş pozuntusunun simptomlarınıyüngülləşdirə bilər. Eyni zamanda, yaxınlarının göstərdiyi səylətəşviş pozuntusu olan insana kömək göstərmək olar. Anlayışlı,səbirli olmaqla, şəxsə göstərilən emosional dəstək şəxsin təşvişiniazaltmağa kömək edə bilər. Ailə üzvləri, şəxsə psixoterapiya vəmüalicə axtarışında dəstək göstərə bilərlər. Təşviş pozuntusununtəkrarlanma ehtimalı var. Lakin düzgün müalicə və stresə idarəetməüsulları ilə təkrarlanma ehtimalı azaldıla bilər.
- Təşviş pozuntusunda risk faktorları hansılardır?
- Təşviş problemləri ayrılıq və tərk edilmə vəziyyətlərinə qarşıyüksək həssaslıq göstərən insanlarda daha sıx görülə bilir. Qəzəbiidarəermə problemləri və asılılıq meylləri olan fərdlər təşvişpozuntularına daha çox meylli ola bilir. Bundan əlavə, davamlıstresli və təzyiqli bir mühitdə yaşayan insanlar təşviş inkişafetdirmə ehtimalı daha yüksək olan fərdlərdir.
Güvənsiz və ya problemli bağlanma üslubları təşviş problemlərinəyol açır. Şəxsin özü ilə ətrafdakı dünya arasında davamlı birqopuqluq hissi yaşaması təşviş pozuntularının inkişafına köməkedir.
- Təşviş hücumlarını necə aradan qaldırmaq olar?
- Təşviş hücumları zamanı sakitləşmək və simptomlarıyüngülləşdirmək üçün bəzi strategiyalar tətbiq oluna bilər. Buüsullar təhlükə və ya stres azaldıldıqda və ya siz sakitləşdikdətəşviş vəziyyətinin də yüngülləşdirməsinə kömək edir. Sakitləşməprosesində düzgün nəfəs alma olduqca effektivdir. Nəfəs almaməşqləri etməklə sakitləşə və diqqətinizi yenidən bərpa edəbilərsiniz. Məsələn, 4 saniyə içərisində burnumuzla nəfəsi daxiləalırıq, 4 saniyə içərisində nəfəsimizi saxlayırıq və ağzımızlahəmin nəfəsi buraxırıq.
Narahat edən düşüncələrinizi yazın və onlar haqqında düşünmək üçüngünün müəyyən bir vaxtını ayırın. Bu, davamlı narahat edən düşüncənümunələrinin qarşısını almağa kömək edə bilər. Gələcək üçünnarahat olmaq əvəzinə, indiki məqama diqqət yetirin. İndiki andanarahat olmanıza səbəb olacaq bir vəziyyətin olmadığını özünüzəxatırladın. Təşviş hücumlarının başladığını hiss etdikdə, özünüzüməşğul edəcək fəaliyyətlər tapın. Gəzinti, kitab oxumaq və ya filmizləmək kimi fəaliyyətlər sizə narahatedici düşüncələrdənuzaqlaşmağa kömək edə bilər. Həddindən artıq şəkər istehlakıtəşvişi artıra bilər. Bu səbəblə, təşviş hücumu zamanı şəkərliqidalardan uzaq duraraq, zülalla zəngin qidalar seçin və bol suiçməyə diqqət edin.
- Təşviş pozuntusunun uzunmüddətli təsirləri nədir və onunqarşısını almaq mümkündürmü?
- Uzunmüddətli təşviş pozuntusu insanın iş və sosial həyatınamənfi təsir edə bilər. O, həmçinin yuxu pozuntuları, depressiya vəfiziki sağlamlıq problemləri yaradır. Təşviş pozuntusu olan şəxs işyerində qərar verməkdə çətinlik çəkir, eyni zamanda yüksəknarahatlıq hissi məhsuldarlığı azalda bilər. Əgər təşviş pozuntusuuzunmüddətli müalicə olunmazsa, o zaman digər psixoloji pozuntular,məsələn depressiya və digər psixiatrik vəziyyətlər inkişaf edəbilər.
Təşviş pozuntusunun müalicəsi fərdi olaraq dəyişir. Bəzi insanlarqısa müddət ərzində yaxşılaşarkən, digərləri üçün daha uzun müalicədövrü tələb olunur. Bundan başqa, təşviş pozuntusu hər yaşda ortayaçıxa bilər. Yetişkinlərdə və həyatın çətin dövrlərində təşvişpozuntusu inkişaf edə bilər.
Müalicə müddəti hər bir şəxs üçün fərqlidir. Ümumiyyətlə, müalicəprosesinin başlanğıc mərhələsi bir neçə ay ərzində görülür, davamlımüalicə isə uzunmüddətli ola bilər.
Təşviş pozuntusunun yalnız “zəif” insanlarda olduğunu düşünməkyanlışdır. Hər kəsdə təşviş pozuntusu inkişaf edə bilər və bu,ciddi bir sağlamlıq problemidir. Güclü xarakterə malik insanlardada yaşadığı hadisələr nəticəsində təşviş yarana bilər.
Tam olaraq qarşısını almaq çətin olsa da, streslə başa çıxmametodları, sağlam həyat tərzi və dəstəkləyici mühit təşvişpozuntusunun qarşısını almağa kömək edə bilər. Sağlam qidalanmabeyin funksiyalarını yaxşılaşdırmağa və narahatlıq səviyyələriniazaltmağa kömək edir. Omeqa-3 yağ turşuları və komplekskarbohidratlar təşvişin yüngülləşdirməsində faydalı ola bilər.