Bakı. Trend:
2025-ci ilin I yarısında elmi dərəcələrin verilməsi və yaverilməsindən imtina edilməsi ilə bağlı statistika açıqlanıb.
Trendxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidentiyanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Bildirilib ki, bu dövrdə ümumilikdə 285 nəfərə fəlsəfə doktoru, 51nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilib.
Eyni zamanda, 141 nəfərin fəlsəfə doktoru, 14 nəfərin isə elmlərdoktoru elmi dərəcəsi almaqla bağlı müraciəti müsbətqiymətləndirilməyib.
Ən çox fəlsəfə doktoru dərəcəsi alan sahələr sırasındafilologiya elmləri (52 nəfər), iqtisad elmləri (46 nəfər), tibbelmləri (32 nəfər) və texnika elmləri (27 nəfər) yer alıb. Elmlərdoktoru üzrə isə filologiya elmləri (8 nəfər), tibb elmləri (7nəfər) və texnika elmləri (7 nəfər) üstünlük təşkil edib.
Beləliklə, 2025-ci ilin ilk yarısında ümumilikdə 336 nəfərə elmidərəcə verilib, 155 nəfərin isə müraciəti qəbul edilməyib.