AZ

Azərbaycanda QANDONDURAN HADİSƏ: Gəlininə göz qoydu, oğlunu öldürdü - Sümüklərini nəvəsi həyətdən tapdı... / VİDEO

2015-ci ilin may ayında Qubada üzə çıxan bu olay hər kəsi şoka salır…

Referans xəbər verir ki, rayonun Hacıqayıb kənd sakini Həsrət Əliyevin həyətində nəvəsi tikinti üçün yeri qazarkən, keçmiş tualet çalasından insan sümükləri tapılır. İlkin araşdırma nəticəsində bəlli olur ki, Həsrət Əliyevin oğullarından biri - Elşən Əliyev 2001-ci ildən yoxa çıxıb. Atası Həsrət Əliyev bu barədə hələ o zaman oğlunun Rusiyaya getmək adı ilə evdən çıxdığını, sonradan barəsində heç bir xəbərin olmadığı barədə polis şöbəsinə müraciət edib. Hətta qeyd edib ki, Elşən evdən çıxanda yoldaşına deyib ki, əgər 3 gün ərzində geri qayıtmasam, bilin ki, arıtq Rusiyadayam, məndən narahat olmayın. Elşənin itkin düşməsi ilə bağlı Rusiyanın müxtəlif bölgələrinə sorğu göndərilsə də, onun axtarışı müsbət nəticə verməyib.

Bu hadisədən 13 il 8 ay sonra Həsrət Əliyevin həyətindən tapılan insan sümüklərinin oğlu Elşən Əliyevə aid olması şübhə yaradıb. Diş və digər qalıqların ekspertizası zamanı müəyyən edilib ki, sümüklər Həsrət və Minavər Əliyevlərin övladı, Elşənə məxsusdur və təxminən 10-15 il əvvəl küt alətlə başından vurularaq öldürülüb. Bəs onu kim, niyə öldürmüşdü… Bunun üçün 2001-ci ilin iyuluna qayıtmaq lazımdır. Həmin vaxtlarda Həsrət Əliyev yoldaşı Minavər, oğlu Elşən, gəlini Yegabə və azyaşlı nəvələri Ravidlə birgə Hacıqayıb kəndində yaşayır. Həsrət Əliyevin bu zaman 65 yaşı olsa da, olduqca qüvvtli və hökmlü adam olub. Evin söz sahibi o olub.

Bu hökm günlərin bir günü yavaş-yavaş Həsrəti gəlininə meylləndirib. Yaşlı qayınata oğlunun gənc xanımına tamah salıb. İş o yerə çatıb ki, oğlu Elman da bu münasibəti hiss edib və hamilə yoldaşına qayınatasından uzaq olmağı, evdə onunla tək qalmamağı və onun sözünə baxmamağı tapşırıb. Lakin qayınata Həsrət Əliyev gün-gündən gəlinə daha çox yaxınlaşıb.


Daha ətraflı videoda: 



Seçilən
37
2
referans.az

3Mənbələr