AZ

Kəlbəcərdə DOST məntəqəsi fəaliyyətə başlayıb - FOTO

Kəlbəcər rayonunda DOST məntəqəsi fəaliyyətə başlayıb.
 
Moderator.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, yeni məntəqə Kəlbəcərə köçürülən sakinlərə dövlət sosial xidmətlərinə rahat çıxış əldə etməyə imkan yaradacaq.
 
Həmçinin onlara sosial xidmətlərin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər əsasında, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verir.
 
Bildirilib ki, Kəlbəcər DOST məntəqəsi mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib.
 
Burada eyni zamanda məşğulluq xidmətlərinin, habelə KOBİA əməkdaşları tərəfindən xidmətlərin göstərilməsi, gün ərzində orta hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur.
Seçilən
40
19
moderator.az

10Mənbələr