AZ

Kəlbəcərə qayıdış tarixi ədalətin bərpasıdır- ÖZƏL

"Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı etdiyi çıxış və həyata keçirilən tədbirlər bu tarixi prosesin həm siyasi, həm də sosial-iqtisadi baxımdan mahiyyətini aydın şəkildə göstərir. Kəlbəcərə qayıdış tarixi ədalətin bərpasıdır.  Kəlbəcərin strateji əhəmiyyəti ölkəmiz üçün çox böyükdür. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan üçün həm böyük faciə, həm də strateji itki idi. Bu işğal Ermənistanla o vaxtkı Qarabağ arasında coğrafi bağlantı yaratmış, Azərbaycanın digər ərazilərinin də işğalına şərait hazırlamışdı. Təəssüf ki, o dövrün yerində olmayan rəhbərliyi gözəlliklər duyarını qoruya bilməmiş, nəticədə xalqımız illərlə didərgin həyatı yaşamalı olmuşdu". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: 
 "Dövlət başçısının Kəlbəcərə ardıcıl səfərləri bu torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin bariz nümunəsidir. 2021-ci ildən başlayaraq Prezident İlham Əliyev Kəlbəcərdə tunellərin, yolların, su elektrik stansiyalarının, sosial obyektlərin, məktəblərin, yaşayış komplekslərinin təməllərini qoyub, açılışlarını edib. 2025-ci ilin avqust səfərində də yeni mərhələ başlandı: Kəlbəcərin Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyaları istifadəyə verildi; şəhərdə yeni yaşayış komplekslərinin təməlləri qoyuldu, sakinlər mənzillərlə təmin edildi; "Balland-Kəlbəcər" brendi ilə bal və arıçılıq məhsulları mağazası açıldı və şəhər parkının təməli qoyularaq sosial həyatın canlanmasına zəmin yaradıldı.
Bütün bunlar dövlətimizin Böyük Qayıdış proqramının ardıcıl icrasının göstəricisidir. Sülh və təhlükəsizlik siyasətinin təminatı bəhrəsini verir. Artıq Kəlbəcər müasir şəhər infrastrukturu ilə dünyanın ən gözəl yaşayış məkanlarından birinə çevrilməkdədir. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayıb və öz gücünə Qələbə əldə edib. Eyni zamanda, bu gün ölkəmiz bölgədə sülhün əsas təminatçısına çevrilib. Ermənistanla imzalanmış sülh sazişi Azərbaycanın mövqeyini tam əks etdirir və yeni reallıqlar artıq beynəlxalq müstəvidə də qəbul olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
11
olaylar.az

10Mənbələr