AZ

MY-nin əfsanəsinin cazibədar qızı: Atası kimi İngiltərə millisində oynayır, amma...

"Mançester Yunayted"in və İngiltərə milli komandasının əfsanəsi Pol Skouls 2013-cü ildə karyerasını başa vurduqdan sonra daha çox ailəsinə vaxt ayırır.

Publika.az xəbər verir ki, sabiq yarımmüdafiəçinin üç övladı - iki oğlu və bir qızı var. İngiltərə yığmasında isə Skoulz dönəmi davam edir, amma bu dəfə futbol yox, netbol üzrə. Söhbət onun qızı Alişiyadan gedir.

Alişiya 2001-ci ildə Mançesterdə dünyaya gəlib. Bu yaxınlarda o, 24 yaşını qeyd edib. Pol və Kler Skoulz ailəsinin böyük övladıdır. Alişiya dünyaya gələndə Polun 26 yaşı var idi və o, artıq beşqat İngiltərə çempionu olmuşdu.

Uşaqlıqdan idmana maraq göstərən Alişiya hazırda peşəkar şəkildə netbol ilə məşğuldur. Bu idman növü ABŞ-də yaranıb, lakin daha çox Böyük Britaniya ilə assosiasiya olunur. Dünyada isə əsasən Avstraliya və Yeni Zelandiya yığmaları bu idmanda dominantlıq edir.

Alişiya hazırda "London Plyus" klubunda çıxış edir və İngiltərə millisinin üzvüdür. Londona köçməzdən əvvəl o, "Mançester Tander" komandasının formasını geyinib.

Bir neçə il əvvəl o, atasına görə internetdə məşhurlaşmışdı. Sosial şəbəkələrdə yayılan bir videoda Pol Skoulz qızının ayaq dırnaqlarını dişləyirdi. Bunun səbəbi hələ də aydın deyil, amma həmin görüntü uzun müddət müzakirə olunmuşdu.

Alişiya özü də sosial şəbəkələrdə aktivdir və paylaşdığı fotolarla diqqət çəkir. Keçən həftə isə o, atası ilə zarafat edib: "Mançester Yunayted"in mövsümdəki ilk oyununu izləyən Skoulzun yanına "Arsenal" forması ilə yollanıb.

Seçilən
2
publika.az

1Mənbələr