AZ

“Telegram”da yeni funksiya FOTO KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“macOS” əməliyyat sistemi üçün təqdim edilən “Telegram” messencerinin beta versiyasına maraqlı bir imkan əlavə olunub. İstifadəçilər artıq öz profillərinə musiqi əlavə edə biləcəklər.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu barədə “Rozetked” məlumat yayıb.

Qeyd olunur ki, “Telegram”ın ayrıca musiqi kataloqu mövcud deyil. Bu səbəbdən istifadəçilər istədikləri audiofaylları özləri taparaq yükləməlidirlər. Musiqini profilə əlavə etmək üçün isə əvvəlcə onu istənilən söhbətə göndərmək, daha sonra xüsusi düymədən istifadə etmək lazımdır.

Bundan başqa, istifadəçinin profilində əlavə edilmiş treklərdən ibarət pleylist formalaşacaq. Həmin pleylistə digər istifadəçilər də baxa və istəsələr musiqiləri öz profillərinə əlavə edə biləcəklər.

Yeni funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı isə hələ açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
5
konkret.az

6Mənbələr