AZ

Çinin Liaonin əyaləti Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çinin Liaonin əyaləti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

525.az-a bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Məlumata görə, bu barədə müzakirələr AZPROMO-da Liaonin Xalq Hökumətinin Xarici Əlaqələr İdarəsinin rəis müavini Cao Honqbinin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüşdə baş tutub.

Görüşdə sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb, AZPROMO-nun fəaliyyət istiqamətləri barədə məlumat verilib, Liaonin əyaləti ilə sənaye və kənd təsərrüfatı sahələrində mümkün regional əməkdaşlıq imkanları müzakirə olunub.

Nümayəndə heyətinin rəhbəri Liaonin əyaləti haqqında məlumat verərək, Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsinə maraqlı olduqlarını bildirib. Tərəflər həmçinin Azərbaycanda və Liaonin əyalətində keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, qarşılıqlı iştirak bu tədbirlərin ikitərəfli münasibətlərin, xüsusilə də investisiya sahəsində tərəfdaşlığın inkişafına mühüm töhfə verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
3
525.az

4Mənbələr