AZ

Nazir: Zəngəzur dəhlizi regionun taleyini dəyişdirəcək

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu özünün "X" hesabında yazıb. O vurğulayıb ki, dəhliz qarşıdakı 30 il ərzində 15 milyon ton yükdaşıma qabiliyyəti ilə Ankaraya 147,6 milyard TL (təqribən 6 milyard AZN) gəlir gətirəcək. "Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xətti təkcə nəqliyyat əlaqəsi yox, eyni zamanda, regionun taleyini dəyişdirəcək strateji sərmayədir. Bu xətt Orta dəhlizi gücləndirəcək, ölkəmizi beynəlxalq ticarətdə daha mühüm mərkəzə çevirəcək", – nazir bildirib.

Asharq Al-Awsat: "Azərbaycan Avrasiyada yeni logistika mərkəzidir"

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
azvision.az

2Mənbələr