AZ

İsrail Hizbullahın tərksilah olunmasında Livana kömək etməyə hazırdır

İsrail Hizbullahın tərksilah olunması ilə əlaqədar Livana kömək etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi bəyanat yayıb.

“İsrail Prezident (Livan Prezidenti) Aunun rəhbərliyi altında Hizbullahın tərksilah edilməsi ilə bağlı Livan hökumətinin verdiyi qərarı alqışlayır. Bu, Livanın suverenliyini və dövlət qurumlarını yenidən dirçəltmək və bərpa etmək üçün bir şansdır”, - bəyanatda qeyd olunub.

Bildirilib ki, əgər Livan ordusu Hizbullahı aradan qaldırsa, İsrail ordusu da buna qarşılıq verərək tədricən geri çəkilmə prosesinə başlayacaq.

Qeyd edək ki, Livan hökuməti Hizbullahın və digər silahlı qrupların il sonuna qədər tərksilah olunması ilə bağlı qərar qəbul edib.

Seçilən
21
6
apa.az

7Mənbələr