AZ

"Qarabağ"ın cavab oyununu onlar idarə edəcək

Bakıda "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

News24.az xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.

Görüşü FIFA referisi Clément Turpin idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.


Seçilən
92
5
news24.az

10Mənbələr