AZ

“Qonşularımız bizim qardaşlarımızdır” - Pezeşkian 

İran Prezidenti Məsud Pezeşkian və Nazirlər Kabinetinin üzvləri hökumət həftəsi münasibətilə İslam Respublikasının qurucusuna ehtiramlarını bildirmək üçün bu səhər İmam Xomeyninin hərəmində iştirak ediblər.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Prezident mərasimdəki çıxışı zamanı ölkə daxilində və qonşularla münasibətlərdə birlik və həmrəyliyin vacibliyini vurğulayıb.

Pezeşkian deyib: "Mən bütün gücümlə inanıram ki, biz və xalqımız birləşib ağıl, elm və biliklə hərəkət etsək, hər problemi həll edə bilərik. Bizi düşmən hücumlarından qoruyacaq yeganə şey birlik və bütövlükdür. Biz fikir ayrılıqlarımızı bir kənara qoyub, bir-birimizlə ixtilaflardan qaçmaq üçün razılaşmalıyıq".

Prezident həmçinin bildirib: "Ölkə daxilində və ya müsəlmanlar arasında birlik və həmrəyliyə xələl gətirəcək hər hansı bəyanat əslində sionist rejim və ABŞ-a xidmət edir. Qonşularımız bizim qardaş və bacılarımızdır; sərhədlər coğrafi reallıqdır, lakin dini, tarixi və mədəni bağlarımız bizi bir-birimizə möhkəm bağlayıb".

Seçilən
25
6
modern.az

7Mənbələr