"Qarabağ" və "Ferentsvaroş" arasındakı cavab matçının hakimləri məlum olub.

Offsideplus.az xəbər verir ki, görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək. Ona həmyerliləri Nikolya Danos və Aleksis Auqer kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.

K. Tyurpen 2021-ci ildə Avropa Liqası, bir il sonra isə Çempionlar Liqasının finalında fit çalıb.

Qeyd edək ki,  "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda Ağdam təmsilçisi qələbə qazanıb - 3:1.