AZ

Vilayətidən Qafqazla bağlı qəribə iddia: Qurana istinad etdi, sakları aşağıladı

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Kirin (Əhəmənilər dövlətinin hökmdarı) dövründən Qafqaz İranın təhlükəsizlik buferi olub”.

Teleqraf xəbər verir ki, bu iddia ilə İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti çıxış edib.

Vilayəti uzun illər Əhəmənilər dövləti ilə döyüşmüş massaget-skif-sakları “vəhşi” adlandıraraq, bu türk tayfaları barəsində təhqirə yol verib:

“Herodotun yazılarına əsaslanaraq, Kirin dövründən Qafqaz həmişə İranın təhlükəsizlik buferi olub və o, vəhşi tayfaların işğalının qarşısını almaq üçün orada sədd çəkib”.

Vilayəti ilahiyyatçı Məhəmmədhüseyn Təbatəbaiyə istinadla adı Quranda keçən Zülqərneynlə Kirin eyni şəxs olduğunu da iddia edib.

Qeyd edək ki, II Kir e.ə. 530-cu ildə Skif dövləti ilə döyüşdə öldürülüb. Skif dövlətinin hökmdarı Tomris əsir götürülən Əhəmənilərin hökmdarının başını kəsərək həyatına son qoyub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
sherg.az

3Mənbələr