Bakı.Trend:
Azad olunan ərazilərdə avqustun 18-dən 24-nə qədər 21 tankəleyhinə mina, 124 piyada əleyhinə mina, 417 partlamamış hərbisursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA)azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləməəməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd edilib.
Bildirilib ki, 1459,4 hektar ərazi minalardan təmizlənib.
Qeyd edilib ki, minatəmizləmə əməliyyatlarını ANAMA, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət SərhədXidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlıvə Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azadedilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıkəndlərində həyata keçirib.