AZ

Ukrayna Azərbaycandan qeyri-neft məhsulları alışını 2 dəfəyə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasındaticarət əməliyyatlarının həcmi 282,5 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 1,7 milyon ABŞ dolları və ya 0,6% çoxdur.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Ukraynaya 119,7milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və ya 2,5% çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında UkraynadanAzərbaycana 82,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 1,2 milyon ABŞ dolları və ya0,7% azalma deməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar-iyul ayları ərzindəAzərbaycandan Ukraynaya 109,9 milyon ABŞ dolları dəyərindəqeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddiayı ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 1,8 dəfəçoxdur.

Hesabat dövründə Ukraynaya qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracında 5,26% paya sahib olub. Bununla dasözügedən ölkə Azərbaycandan 5-ci ən çox qeyri-neft məhsulları alanölkə olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanxarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Seçilən
27
7
az.trend.az

2Mənbələr