AZ

Vilayət qubernatorunun müavini saxlanılıb

Vilayət

Bu gün səhər saatlarında Kursk vilayət qubernatorunun müavini vəzifəsini icra edən Vladimir Bazarov saxlanılıb.

Reyting.az
xəbər verir ki, bunu regionun rəhbəri vəzifəsini icra edən Aleksandr Xinşteyn bildirib.

“Onun oxşar vəzifədə çalışdığı Belqorod vilayətində (Qubernatorun tikinti üzrə müavini) əvvəlki iş yeri ilə bağlı istintaq hərəkətləri aparılır. İlkin iş müdafiə tikililərinə aiddir”,- o deyib.

Xinşteyn məsələyə qiymət verməyib: “Çünki Belqoroddakı vəziyyəti bilmirəm. Əminəm ki, istintaq obyektiv şəkildə hər şeyi yoluna qoyacaq. Əgər təqsiri varsa, o zaman qanun çərçivəsində tam cavab verəcək. Lazım gələrsə, Kursk vilayətinin hökuməti istintaqa bütün lazımi yardımı göstərəcək”.

V. QULİYEV
Seçilən
12
3
reyting.az

6Mənbələr